Advertisement

345 valideyn haqqında qanunauyğun tədbirlər görülüb

Bakı. Trend:

Polis tərəfindən keçirilən reydlər zamanı isə küçə həyatına
məruz qalan, o cümlədən, dilənçilik edən və qeyri-qanuni qulluğa
cəlb olunan 342 azyaşlı müəyyən edilib.

Trend-in məlumatına görə, bu barədə İnsan alverinə qarşı
mübarizə üzrə Milli Koordinatorun illik məlumatımda deyilir.

Qeyd edilib ki, uşaqları hüquqazidd əməllərə təhrik edən 345
valideyn haqqında qanunauyğun tədbirlər görülüb, eyni zamanda, icra
hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq
və himayədarlıq strukturlarına uşaqlara müvafiq qayğı və yardım
göstərilməsi, sosial problemlərinin həlli məqsədilə 504 material
göndərilib.