Bakı. Trend:
Ötən il insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri
üzrə müəyyən edilmiş 91 (-3) insan alveri qurbanının (90-ı qadın,
1-i kişi) hamısı Azərbaycan Respublikasının vətəndaşı olub.
Trend-in məlumatına görə, bu barədə İnsan alverinə qarşı
mübarizə üzrə Milli Koordinatorun illik məlumatında deyilir.
Onlardan 28-i Türkiyə Respublikasında, 28-i Rusiya
Federasiyasında, 15-i Birləşmiş Ərəb Əmirliklərində, 10-u Bəhreyn
Krallığında, 4-ü Qətər Dövlətində, 3-ü İran İslam Respublikasında,
1-i İraqda cinsi istismara, daha 2 nəfəri ölkə daxilində əmək
istismarına məruz qalıb.
Qurbanlardan 6-ı 18-25 yaş arası, 50-i 25-35 yaşlarında, 35
nəfəri 35-dən yuxarı yaş həddində, 24-ü paytaxt, 67-i respublikanın
digər şəhər və rayonlarının sakini, habelə 74-ü 2016-2022-ci
illərdə, 17-i isə 2023-cü ildə istismara məruz qalan şəxslər
olub.
İnsan alveri qurbanlarının müdafiəsi, bu istiqamətdə hüquqi,
sosial-iqtisadi tədbirlərin məqsədyönlü icrası da diqqətdə
saxlanılıb. Qurbanlardan 90 (-4) nəfərinin hər birinə 700 manat
birdəfəlik müavinət ödənilib, 68 (-6) nəfəri müvəqqəti yaşaması
üçün Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yеrləşdirilərək
tibbi (HİV, AİDS, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi
və digər yardımlarla təmin ediliblər.
Konkret olaraq, insan alverinin 14 qurbanı pеşə kurslаrınа
yönəldilib, 10 nəfəri işlə təmin еdilib, 2 əcnəbi qurbana
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsinin
verilməsində, 8 qurbana şəxsiyyət vəsiqəsi alınmasında, 1 qurbana
cərrahiyyə əməliyyatı keçirməkdə, 3 qurbana tibbi müalicə, 11
qurbana ünvanlı sosial yardım almaqda kömək edilib.
Daha 34 qurbanın аilələrinə qаyıdışı təmin olunmuş, insan alveri
cinayətindən zərərçəkməsi ehtimal edilən bir şəxs Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin “Həssas
əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial
reabilitiasiya müəssisəsi”nə yerləşdirilib.





























