Bakı. Trend:
Bizim bir neçə kollecimiz var ki, işğal zamanı köçürülmüşdü.
Trend xəbər
verir ki, bunu qurumun rəsmi saytına müsahibəsində Elm və Ali
Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova
deyib.
O qeyd edib ki, onların sayı 3-dür.
“Yanaşma kolleclərin birdən-birə köçürülməsi deyil.
Təkliflərimiz arasında bu istiqamət də nəzərə alınıb. Lakin hansı
prizmada olacağını indidən demək doğru olmaz. Ola bilər Qarabağ
Universiteti nəzdində kollec yaradılsın, ola bilər, müstəqil
fəaliyyət göstərsin, ola bilər ixtisaslar dəyişdirilməklə
yaradılsın və s. və i. Lakin işğaldan azad edilmiş ərazilərimizdə
peşə məktəblərimiz də, orta ixtisas müəssisələrimiz də olacaq”, –
deyə direktor qeyd edib.





























