Bakı. Trend:
“Huawei” şirkəti Bakıda Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə
“Tech Carnival & Partner Summit 2024” adlı regional tədbir
keçirib.
Trend xəbər verir ki, tədbirdə əsas diqqət biznes, sahələr və
ekosistemlərə yönəlməklə sahələrin inkişaf etdikcə üzləşdikləri
imkanlar və problemlər əsaslı şəkildə nəzərdən keçirilib.
Bu sammit sadəcə sahə üzrə növbəti tədbir deyil, bu, bütün Yaxın
Şərq və Mərkəzi Asiya regionunda rezonans doğuran möhtəşəm
hadisədir.
Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə bu ən böyük tədbirdə
böyük auditoriya cəlb etməklə tərəfdaşlar və müştərilər tərəfindən
yüksək qiymətləndirilib. Bu, regionda rəqəmsal landşaftın
gələcəyinə təsir göstərmək məqsədi daşıyan innovasiya, texnologiya
və əməkdaşlığın birləşməsindən ibarət olduğu üçün mühüm
hadisədir.
“Tech Carnival & Partner Summit 2024” tədbirində Huawei bütün
ssenariləri, o cümlədən, kommersiya və distribüter biznesləri üçün
də uyğun olan kampus şəbəkələri, qlobal hesablama şəbəkələri (WAN),
məlumat emalı mərkəzi şəbəkələri (DCN) və şəbəkə təhlükəsizliyini
əhatə edən məhsullarını və “Xinghe” İntellektual Şəbəkə həllərini
təqdim etdi
Bu xüsusi təkliflər və analitik informasiya sifarişçilərin
intellektual inkişaf üçün yeni imkanlardan istifadə etməsinə və
rəqəmsal texnologiyalardan istifadə etməklə məhsuldarlığı
maksimallaşdırmasına imkan verir.

“Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə
prezidenti Stiven Yi “Rəqəmsal və İntellektual Yaxın Şərq
və Mərkəzi Asiyanın birgə qurulması” mövzusunda “Tech Carnival &
Partner Summit 2024” tədbirində giriş nitqi ilə çıxış etdi.
“”Huawei” rabitə, informasiya texnologiyaları, süni intellekt və
bulud servisləri sahəsində tam tsiklə malik aparıcı
texnologiyalardan, eləcə də sahə üzrə dərin biliklərdən və etibarlı
tərəfdaşlıq münasibətlərindən istifadə etməklə Yaxın Şərq və
Mərkəzi Asiya regionunda intellektual rəqəmsal transformasiyanı
sürətləndirməyə çalışır. Biz transformasiyalar dövründə regionu
innovasiya və dayanıqlı uğur mərkəzinə çevirməyə çalışırıq”, – o
deyib.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin (XRİTDX) rəis müavini
Allahverən İsmayılov kibertəhlükəsizliyin əhəmiyyətini
vurğulayaraq, kibertəhdidlər kimi müxtəlif milli çağırışları ayırd
edib.
“Texnologiya, rəqəmsallaşma, kibertəhlükəsizlik və süni
intellektin tətbiqi sahəsində tərəqqinin gündəlik həyatımızın
ayrılmaz hissəsinə çevrilməsinə zəmanət vermək etmək üçün İKT
texnologiyalarının potensialından tam istifadəyə yönəlmiş bir sıra
təşəbbüsləri aktiv şəkildə həyata keçiririk. Bundan başqa, müxtəlif
milli kibertəhlükəsizlik problemlərini, o cümlədən, şəbəkə
təhdidləri, kritik əhəmiyyətli infrastrukturun mühafizəsi,
verilənlərin mühafizəsi, eləcə də, məxfi informasiyasın sızması
həll edərkən daha dayanıqlı rəqəmsal infrastrukturun yaradılması
üçün Huawei və digərləri kimi tərəfdaşlarla əməkdaşlığı
gücləndiririk”, – deyə o əlavə edib.

“Huawei” şirkətinin İKT Marketinqi və Həll Satışları
üzrə vitse-prezidenti Devid Şi şirkətin iqtisadi artımı
yeni səviyyəyə çıxararaq regionda rəqəmsal və intellektual
transformasiyanı daima sürətləndirmək cəhdindən danışıb və
industrial həllər ssenarisi hazırlamaqla intellektual
iqtisadiyyatın “sürətləndiricisi” qismində mühüm rolunu vurğulayıb.
O, “Huawei” şirkətinin qabaqcıl İKT infrastrukturu, eləcə də
getdikcə artan “silahdaş”larla zəngin tərəfdaşlıq və ekosistem
mühitinin köməyilə intellektual iqtisadiyyatın “magistral”ının
formalaşmasındakı əsas rolunu qeyd edib.
Açılış mərasimindən sonra “Huawei Network Summit” tədbiri
başlayıb.
“Huawei” şirkətinin İKT həlləri və məhsulları şöbəsinin
direktoru Yan Çaobin sammit zamanı intellektual texnologiyaların
inkişafını təşviqi üçün əməkdaşlığın vacibliyini vurğulayıb. O daha
mütərəqqi dünya yolunda irələyişin sürətlənməsi üçün birgə
fəaliyyətin zərur olduğunu qeyd edib. Bundan başqa, Yan Çaobin
“Huawei” şirkətinin şəbəkə texnologiyaları sahəsində innovasiyalara
və Net5.5G bazasında bütün sahələri intellektual məlumatlarla təmin
etmək iqtidarında olan şəbəkə infrastrukturu yaratmaq məqsədilə
müştərilər və tərəfdaşlarla əməkdaşlığa sadiqliyini
təsdiqləyib.
“Huawei” şirkətinin verilənlərin ötürülməsi üzrə məhsul xəttinin
prezidenti Leon Vanq çıxışında şirkətin planlarından danışıb.
“Bütün sahələr intellektual transformasiyanı sürətləndirir,
şəbəkələr isə intellektual imkanlar istiqamətində inkişaf edir.
Beləliklə, verilənlərin İntellektual Bulud Şəbəkəsindən
(Intelligent Cloud-Network) Net5.5G bazasında Xinghe İntellektual
Şəbəkəsinədək (Xinghe Intelligent Network) ötürülməsi üçün
həllərimizi tamamilə yeniləməklə intellektual dövr üçün şəbəkə
əsasını yaradırıq”, – deyə o qeyd edib.
Şübhəsiz ki, Azərbaycanda intellektual texnologiyaların daimi
inkişafı, o cümlədən, “Huawei” şirkətinin Xinghe İntellektual
Şəbəkəsi sayəsində sənayenin inkişafı üçün böyük potensial
mövcuddur. Azərbaycan şirkətləri Xinghe İntellektual Şəbəkəsinin
imkanlarından istifadə etməklə işin səmərəliliyini artıra və
prosedurları sadələşdirə bilər. Bu, məhsuldarlığın artması və
vəsaitə qənaət hesabına ümumi artıma və rəqabət qabiliyyətinə imkan
yarada bilər.
Bundan başqa, Xinghe İntellektual Şəbəkəsinin tətbiqi
intellektual istehsal metodlarının inteqrasiyasına şərait
yaratmaqla sənaye müəssisələrinə avtomatlaşdırma, verilənlərin
təhlili və profilaktik xidmət həyata keçirməsinə imkan verə bilər.
Bu təkcə əməliyyat fəaliyyətini asanlaşdırmır, həm də şirkətlərin
verilənlərə əsaslanan qərar qəbul etməsinə imkan yaratmaqla
innovasiyalara və bazarın tələblərinə uyğun olaraq çevikliyə şərait
yarada bilər.
Bundan başqa, Xinghe İntellektual Şəbəkəsindən istifadə
Azərbaycanın sənaye sektorunda əməkdaşlıq və tərəfdaşlıq sisteminin
möhkəmləndirilməsinə yol aça bilər.
1987-ci ildə əsası qoyulmuş “Huawei” şirkəti dünyada informasiya
və kommunikasiya infrastrukturu (İKT) və intellektual cihazların
aparıcı təchizatçısıdır. Şirkətin 207 minə yaxın əməkdaşı 170-dən
çox ölkə və regionda fəaliyyət göstərməklə bütün dünyada üç
milyarddan çox insana xidmət göstərir.





























