Advertisement

Səhiyyə Nazirliyi Gəncədə “İlk tibbi yardım – ikinci həyata addım” adlı fleşmob keçirib (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq paytaxtda və
respublikanın müxtəlif regionlarında maarifləndirici tədbir və
fleşmoblar keçirilir. Növbəti aksiya Gəncə şəhərində təşkil
olunub.

Nazirliyin Gəncə Tibb Kolleci ilə birgə keçirilən tədbirin əsas
məqsədi əhali arasında ilk yardım bacarıqlarının yiyələnməsi, eyni
zamanda bu sahədə maarifləndirmə işlərin aparılmasıdır. Budəfəki
tədbirdə elektrik vurmalar, epilepsiya tutmaları, qanaxmalar,
yanıqlar, zəhərləmələr və digər fövqəladə hallar zamanı ilkin tibbi
yardımın göstərilməsi qaydaları əyani şəkildə nümayiş
etdirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, aksiya zamanı arzu
edənlərin arterial təzyiqi və nəbzin tezliyi ölçülüb. Kollecin
tələbələri, həmçinin ürəyin qapalı masajı və süni tənəffüs
qaydalarını nümayiş etdiriblər. Sonra aksiya iştirakçılarına
məlumatlandırıcı bukletlər paylanılıb.

Maarifləndirici tədbir şəhər sakinlərinin böyük marağına səbəb
olub.

Daha sonra Gəncə Tibb Kollecin tələbələri və könüllülərin
iştirakı ilə İlk tibbi yardim – ikinci həyata addim” adlı fleşmob
təşkil olunub.

Fleşmobda kollecin tələbələri tərəfindən müxtəlif təxirəsalınmaz
vəziyyətlərdə ilk tibbi yardımın düzgün şəkildə göstərilməsi
qaydaları əyani olaraq nümayiş etdirilib.

Həmçinin, “İlk tibbi yardimi öyrən – tətbiq et!” adlı viktorina
keçirilib. Sonda qaliblərə müxtəlif hədiyyə və mükafatlar təqdim
olunub.

Qeyd edək ki, gələcəkdə Səhiyyə Nazirliyi maarifləndirici aksiya
və fleşmobların respublikanın digər şəhər və rayonlarında da
keçirilməsi planlaşdırır.