
Bakı. Trend:
Builki keçid balları ümumi nəticələrə əsasən formalaşacaq.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət
İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə
deyib.
“Eləcə də, ixtisasa müraciət edənlərin sayı da keçid balına
təsir edən məsələdir. Builki keçid ballarına uşaqların
nəticələrindəki orta balın yüksəlməsi təsir edəcək.
Eləcə də, Azərbaycanda bu il iki yeni universitetə də qəbul
olacaq. Bu mənada, balların artması yüksək prestijli ixtisaslarda
ola bilər, amma bunu konkret demək çətindir”, – o əlavə edib.
Xəbər yenilənəcək





























