Advertisement

Azərbaycan dili və riyaziyyatdan ballar artıb – Məleykə Abbaszadə

Bakı. Trend:

11-ci sinfin imtahan nəticələri bu il yüksək oldu, orta bal
Azərbaycan dili fənnindən 9 bal artıb.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət
İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə
deyib.

“Bu artım riyaziyyat fənnində də var, təqribən 5-6 bal artıb.
Hesab edirik ki, bu çox yaxşı nəticədir”, – o əlavə edib.

DİM sədri gələn il daha yaxşı nəticələrin olacağına inandığını
bildirib.

Xəbər yenilənəcək