
Bakı. Trend:
Yəqin ki, müəyyən zaman gələcək ki, imtahan modeli dəyişə
bilər.
Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin
Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş”
müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi çərçivəsində
jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, attestatla universitetə qəbul
gözlənilmir.
“Siz bilirsiniz, 0 balla belə attestat alan var. Amma bu balla
universitetə qəbul olmaq mümkün deyil”, – o əlavə edib.
Xəbər yenilənəcək





























