Bakı. Trend:
Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə yeni təyinat
olub.
Trend-in əldə etdiyi məlumata görə, bu vəzifənin icrası
general-mayor Namiq İslamzadəyə həvalə edilib.
Qeyd edək ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava
Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.
Xatırladaq ki, Hərbi Hava Qüvvələrinin komandanı
general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl yaş həddi ilə
əlaqədar xidmətdən azad edilib.





























