Advertisement

Peşəkar Çövkən Liqası başlayır (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Atçılıq Federasiyasının ilk dəfə təşkil
etdiyi Peşəkar Çövkən Liqasına start verilir.

Trend xəbər verir ki, milli atlarımızın iştirakı ilə 10 peşəkar
Çövkən komandası mövsüm ərzində çempionluq uğrunda mübarizə
aparacaq.

Açılış mərasimi Binə Atçılıq Mərkəzində 21 may 2024-cu il
tarixində saat 14:00-da başlanacaq. Giriş sərbəstdir.

Tədbirin unudulmaz perfomansı Qarabağ atlarının bu il Londonda
göstərdiyi canlı şousudur.

Rəsmi hissədən sonra azarkeşləri 2 maraqlı oyun gözləyir.