Advertisement

Sabah paytaxtın bu ərazisində qaz olmayacaq – XƏBƏRDARLIQ

Bakı. Trend:

Xətai rayonu, Cavanşir küçəsində yeraltı d325 mm-lik qaz
xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə
sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Trend-ə “Azəriqaz”
İB-dən bildirilib.

Məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun
Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev küçələrinin və Zığ yolu
ərazisindəki yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.