Advertisement

Xaçmazda ekoloji aksiya keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində
növbəti ekoloji aksiya keçirilib.

Sahilboyu ərazilərin təmizlənməsində Xaçmaz Rayon İcra
Hakimiyyətinin, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər
İdarəsinin, yerli icra nümayəndəliklərinin və bələdiyyələrin
işçiləri eləcədə sakinlər aktiv iştirak ediblər.

Çimərliklərdə dəniz sahilinə yığılan tullantılar, həmçinin
dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər
təmizlik işləri görülüb. Toplanan zibil qalıqlarının daşınması
təmin edilib. Çimərlik mövsümünə kimi Nabran turizm zonası da daxil
olmaqla, bütün sahil zolaqlarının tullantılardan təmizlənməsi
nəzərdə tutulub.