Bakı. Trend:
Bu gün Bakının iki qəsəbəsinin qaz təchizatında müvəqqəti
yaranacaq.
Bu barədə Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)
“Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Digah” Qazpaylayıcı Stansiyasından (QPS)
qidalanan “Mayak” və “Pir” orta təzyiqli qaz kəmərlərinin, həmçinin
“1 May” ölçü qovşağından qidalanan əhali qaz xəttinin hava
kompressoru vasitəsi ilə kipliyə sınaq olunması məqsədi ilə mayın
20-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Pirallahı və Nardaran
qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.





























