Bakı. Trend:
Nikah yaşının 18 yaş olduğu nəzərə alınaraq yetkinlik yaşına
çatmayanlarla qeyri‑rəsmi erkən nikaha daxil olan şəxslər və buna
şərait yardan valideynlər barəsində İnzibati Xətalar Məcəlləsi və
Cinayət Məcəlləsində məsuliyyət tədbirlərinin əks olunması təklif
olunur.
Trend-in
məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə
Məlumatında qeyd edilib.
Bununla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
152‑ci maddəsində tövsif edilən əməlin (on altı yaşına çatmayan
şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər
etmə) on səkkiz yaşına çatmayan şəxslərə qarşı törədilməsi ilə
bağlı maddəyə dəyişiklik edilməsi təklif edilir.





























