Bakı. Trend:
Yetkinlik yaşına çatmayanların dini nikaha daxil olmasına şərait
yaradan din xadimləri üçün məsuliyyətin müəyyən edilməsi təklif
edilir.
Trend-in
məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə
Məlumatında qeyd edilib.
Bununla yanaşı, təcili tibbi yardıma xəbər vermədən, yaxud, bu
halı mütəmadi olaraq həyata keçirən (iş xarakterli) evdə doğuş
aparan şəxslər – tibb işçiləri üçün cəza tədbirlərinin müəyyən
edilməsi təklif edilir.
Həmçinin cəza tədbirlərinin həyata keçirilmə mexanizminin
təkmilləşdirilməsi, onların tətbiqinə dair nəzarət güclən dirilməsi
tövsiyə olunur.





























