Bakı. Trend:
İşsiz və gəliri olmayan kişilərin aliment ödəməsi üçün müəyyən
çıxış yolları tapılmalıdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və
uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva parlamentdə
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatının müzakirə zaman
deyib.
J.Əliyeva bildirib ki, işsiz kişilər ayrıldıqdan sonra övladını
saxlamaq üçün aliment vermək məcburiyyətindədir.
“Belə kişilərin hardan pul taparaq alimenti ödəməsi açıq qalan
məsələdir. Hesab edirəm ki, bu məsələdə tək qadınların deyil,
kişilərin də hüquqları düşünməlidir. İşsiz və gəliri olmayan
kişilərin aliment ödəməsi üçün uyğun yollar axtarılması yaxşı
olardı”, – deyə o qeyd edib.





























