Advertisement

Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib

Bakı. Trend:

Bakı şəhər sakininə məxsus aksiz markası ilə markalanmamış külli
miqdarda siqaretlər aşkar edilib.

Bu barədə Trend Dövlət Gömrük
Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Respublikasının aksiz markası ilə
markalanmamış külli miqdarda tütün məmulatlarının qanunsuz idxalı,
satış məqsədilə saxlanılması və satışının həyata keçirilməsi barədə
daxil olmuş məlumat əsasında Dövlət Gömrük Komitəsi
Əməliyyat-İstintaq Baş İdarəsi və Dövlət Vergi Xidmətinin Vergi
Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları
tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı
şəhər sakininə məxsus yaşayış evindən və qeyri-yaşayış sahəsindən,
ümumilikdə 258640 ədəd müxtəlif növ (“Marlboro”, “Parlament”,
“Terea”, “Heets”, “Camel”, “Captain Black” və s.) aksiz markası ilə
markalanmamış tütün məmulatları aşkar edilərək götürülüb.

Qeyd edilib ki, hazırda aşkar olunan faktla əlaqədar Dövlət
Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən
araşdırma aparılır.