Advertisement

Naxçıvanda məhkum qadınlar təbrik edilib (FOTO)

Bakı. Trend:

Martın 8-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin
Penitensiar Xidmətinin Cəzaçəkmə müəssisəsində Beynəlxalq Qadınlar
Günü münasibətilə tədbir keçirilib.

Muxtar respublikanın Ədliyyə Nazirliyinin mətbuat xidmətindən
Trend-ə bildirilib ki, tədbirdə Ədliyyə Nazirliyinin əməkdaşı
Nuranə Kərimova və Penitensiar Xidmətin əməkdaşı Nizami Nəcəfov
çıxış ediblər. Əməkdaşlar əlamətdar gün münasibətilə məhkum
qadınları təbrik edib, onlara sağlamlıq, ailə səadəti və qadın
xoşbəxtliyi arzulayıblar.

Çıxışlarda Prezident İlham Əliyevin Azərbaycanda qadınlara,
uşaqlara, onların hüquqlarının müdafiəsinə göstərdiyi yüksək diqqət
və qayğıdan danışılıb.

Sonra qadın məhkumlara hədiyyələr verilib.

Tədbir çay süfrəsi arxasında davam edib. Ədliyyə Nazirliyinin
əməkdaşları məhkumlarla səmimi söhbət aparıblar.

Tədbirin bədii hissəsində məhkumlar musiqi sədaları fonunda xoş
dəqiqələr keçirib, tədbirin təşkilinə görə təşəkkürlərini
bildiriblər.

Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə
cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən məhkum qadınlara
yaxınları ilə əlavə görüş və uzadılmış telefon danışıqlarına icazə
verilib.