Advertisement

Qarabağ Universitetinə təyin edilən rektor kimdir? – DOSYE

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin
Sərəncamı ilə Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin
rektoru təyin edilib.

Trend yeni
təyin olunan sədrin dosyesini təqdim edir:

Şahin Bayramov 1979-cu il 4 iyul tarixində Mingəçevir şəhərində
anadan olub. 2012-ci ildə “Avropa İttifaqının Qonşuluq Siyasəti və
Azərbaycanın iqtisadi məkanına inteqrasiyası problemləri”
mövzusunda dissertasiyanı müdafiə edərək iqtisad üzrə fəlsəfə
doktoru elmi dərəcəsini alıb. 2017-ci ilin aprelinə kimi Azərbaycan
Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar
üzrə prorektoru vəzifəsində işləyib.

2017-ci il aprelin 17-də Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Elm, ali və orta-ixtisas təhsili şöbəsinin müdir
müavini vəzifəsinə təyin edilib.

31 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına əsasən Şahin Bayramov Mingəçevir Dövlət
Universitetinin rektoru təyin edilib