Advertisement

“Azərişığ”ın Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradıldı

Bakı. Trend:

Nazirlər Kabineti 14 may 2015-ci il tarixli qərarı ilə təsdiq
edilmiş “Azərişıq” ASCnin strukturu”nda dəyişiklik edib.

Trend xəbər verir ki, bununla
bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi və
Qobustan Rayon Elektrik Şəbəkəsinin yerinə Abşeron Rayon Enerji
Təchizatı və Satışı İdarəsi, Sumqayıt Regional Enerji Təchizatı və
Satışı İdarəsi (Sumqayıt) yaradılıb və onun tərkibində Sumqayıt,
Xızı, Qobustan rayon elektrik şəbəkələri və Bağlar elektrik
şəbəkəsi daxil edilib,

Bundan başqa, Qarabağ Regional Enerji Təchizatı və Satışı
İdarəsi (Şuşa) yaradlıb ki, onun tərkibinə Şuşa, Xocavənd,
Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Cəbrayıl rayon və Xankəndi
elektrik şəbəkəsidaxil edilib