Advertisement

Havanı çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə tədbir görülüb

Bakı. Trend:

Hacıqabulda “Təmiz hava” aylığı çərçivəsində tədbir
keçirilib.

Trend xəbər verir ki, Dövlət
Yol Polisi Bölməsin və ərazi üzrə Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin əməkdaşlarının keçirdikləri birgə tədbir zamanı
avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin
miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb.

Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi çirkləndirən
avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb
və onlara avtomobillərin saz vəziyyətdə saxlanılmasının vacibliyi
çatdırılıb.

Qayda pozuntusuna yenidən yol verən sürücülər barəsində inzibati
tənbeh tədbiri görülüb.