Advertisement

Nazir Fərid Əhmədov Tovuz şəhərində vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Ədliyyə naziri Fərid Əhmədov 20 may tarixində Tovuz şəhərində
yerləşən Nizami Gəncəvi adına Tovuz rayon Mədəniyyət evində
vətəndaşları qəbul edib.

Trend xəbər verir ki, qəbuldan əvvəl nazir Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə
gül dəstəsi qoyub.

Şəmkir, Tovuz və Gədəbəy rayon sakinlərinin qəbulu zamanı
onların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılıb.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi
yerində müsbət həllini tapıb, digər müraciətlərin isə mövcud
qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması ilə
əlaqədar nazirliyin aidiyyəti rəhbər şəxslərinə tapşırıqlar
verilib.

Səfər çərçivəsində nazir, həmçinin Tovuz Rayon İcra və
Probasiya, eləcə də Qeydiyyat şöbələrinə və Tovuz Rayon Məhkəməsinə
baş çəkib, infrastruktur və iş şəraiti ilə tanış olub.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və
digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata
keçirilir.