Advertisement

Bəzi vətəndaşlara dəfn müavinətini kim ödəyəcək? – Nazir danışdı

Bakı. Trend:

“Maliyyə təminatı ilə əlaqədar bəzi kateqoriyadan olan
vətəndaşlara dəfn müavinətləri verilmir”.

Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi
naziri Sahil Babayev Milli Məclisinin Əmək və sosial siyasət
komitəsinin iclasında bildirib.

“Bu məsələni Milli Məclis qaldırmışdı. Maliyyə təminatı ilə
bağlı bu müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi
tərəfindən ödənilmir. Növbəti mərhələlərdə maliyyə təminatı ilə
bağlı məsələ Maliyyə nazirliyi ilə müzakirə olunacaq”,- deyə nazir
bildirib.

Qeyd edək ki, iclasda komitə sədri Musa Quliyev bəzi
kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsini
təklif edib.