
Bakı. Trend:
İtkin düşən 46 yaşlı şəxs axtarılır.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz
rayonu ərazisində yaşayan 46 yaşlı Murad Ziyayev 2023-cü il noyabr
ayında yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha
geri qayıtmayıb.
M.Ziyayevin ruhi xəstə olduğu bildirilir.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı
olanlardan DİN-in “102 – Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz
Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər və (+994)55-722-27-99
mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.





























