Advertisement

Bu bölgədə 3 gün qaz olmayacaq – XƏBƏRDARLIQ

Bakı. Trend:

Sabah Şəmkir rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Trend-ə Azərbaycan
Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən
məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I
xətt yüksək təzyiqli magistral qaz kəmərinə yeni çəkilmiş yüksək
təzyiqli kəmərlərin birləşdirilməsi ilə bağlı mayın 23-də saat
10:00-dan mayın 25-dək (3 gün müddətində) işlər başa çatanadək
“Şəmkir-1Əhali”, “Şəmkir-2 Sənaye”, “Çinarlı əhali”, “Çinarlı
Sənaye”, “Əliyaqublu 1 və 2” ölçü qovşaqlarından qaz təchizatının
dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Şəmkir rayon mərkəzi daxil
olmaqla, rayonun 2 qəsəbə və 14 kəndinin qaz təchizatında 3 gün
müddətində müvəqqəti fasilə yaranacaq.