
Bakı. Trend:
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə nazirliyin akademik
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar
Klinikası tərəfindən Zəngilan rayonun Ağalı kəndində əhali üçün
ikigünlük oftalmoloji tibbi müayinələr aparılır.
Nazirlikdən Trend-ə verilən məlumata görə, işğaldan azad olunan
ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi
tərəfindən davamlı olaraq təşkil olunan tədbirlər zamanı
vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda
sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar
keçirilir.
İkigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi
operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin
zəifləməsininqarşısının alınması, görmə patologiyasının erkən
diaqnostikasının aşkarlanması və müalicələrin təyin
olunmasıdır.
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə nazirliyin akademik
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar
Klinikası tərəfindən Zəngilan rayonun Ağalı kəndində əhali üçün
ikigünlük oftalmoloji tibbi müayinələr aparılır.
İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı
çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq təşkil
olunan tədbirlər zamanı vətəndaşlar arasında müxtəlif tibbi
müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində
maarifləndirici aksiyalar keçirilir.
İkigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi
operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin
zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən
diaqnostikasının aşkarlanması və müalicələrin təyin
olunmasıdır.
Tibbi aksiyanın ilk günündə 130-a yaxın sakin oftalmoloji
müayinədən keçib. Müayinələr əsasında vətəndaşlarda quru göz
sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik
astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz
xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən
nəticələr müzakirə olunub. Həmçinin, ciddi problemlərlə üzləşən və
çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva
adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait
yaradılıb.
Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 250-ə
yaxın vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub.
Aksiya zamanı qeyd olunub ki, bəzən göz xəstəliklərinin
simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz
patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi
oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.
Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar
cavablandırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan
digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və
maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.





























