Advertisement

Qanuni heyvan kəsimi məntəqələrinin mövcud olmadığı rayonlar açıqlandı – SİYAHI

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin
tələblərinə cavab verən heyvan kəsimi məntəqələrinin mövcud
olmadığı rayonların adlarını açıqlayıb.

Trend xəbər verir ki, bu
barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Agentlik tərəfindən baytarlıq-sanitariya və
sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar və modul
tipli heyvan kəsimi məntəqələrinin yaradılması məqsədilə müvafiq
baytarlıq-sanitariya normaları hazırlanaraq qəbul edilib. Həmçinin
kiçik və orta tutumlu heyvan kəsimi məntəqələri üçün texnoloji
eskiz layihəsi hazırlanaraq yerli icra hakimiyyəti orqanlarına
göndərilib.

Vurğulanıb ki, Görülmüş işlər çərçivəsində ölkə üzrə müasir
baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı
83-ə çatdırılıb. Bu rəqəm Agentlik fəaliyyətə başladığı dövrdə 15
olub.

Məlumatda ölkə ərazisi üzrə hələ də 14 rayonda qanuni heyvan
kəsimi məntəqələrinin təşkili istiqamətində ləngimələrin olduğu və
hazırda bu rayonların ərazisində bu cür kəsim məntəqələrinin
fəaliyyət göstərmədiyi qeyd edilib.

Qanuni heyvan kəsimi məntəqələrinin mövcud olmadığı rayonlar
aşağıdakılardır:

1. Ağsu

2. Astara

3. Balakən

4. Beyləqan

5. Biləsuvar

6. Hacıqabul

7. Kürdəmir

8. Lerik

9. Neftçala

10. Qax

11. Saatlı

12. Ucar

13. Xızı

14. Yardımlı