
Bakı. Trend:
2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat
səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar
açıqlanıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Trend-ə verilən xəbərə görə, həmin
ixtisaslar aşağıdakılardır:
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
İbtidai sinif müəllimliyi
Hüquqşünaslıq
Maliyyə
Riyaziyyat müəllimliyi
Xarici dil müəllimliyi (ingilis dili)
Beynəlxalq münasibətlər
Mühasibat





























