Bakı.Trend:
Mayın 23-də Moskva şəhərində Azərbaycan Respublikasının Dövlət
Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Rusiya Federasiyasının
iqtisadi inkişaf naziri Maksim Reşetnikov arasında görüş
keçirilib.
Trend xəbər verir ki, görüşdə iki ölkə arasında turizm
əlaqələrinin daimi genişlənməkdə olduğu, Azərbaycanın Moskvada
turizm nümayəndələyinin açılması, qarşılıqlı turist axını, 5 mart
2024-cü il tarixində imzalanmış turizmə dair ikitərəfli
əməkdaşlığın gücləndirilməsi üzrə “2024-2026-cı illərdə Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında turizmin inkişafına
dair Yol Xəritəsi”nin icrası üzrə həyata keçiriləcək işlər haqqında
fikir mübadiləsi aparılıb.
İclasda, həmçinin “Şahdağ” Turizm Mərkəzinin timsalında
Azərbaycandakı qış və dağ-xizək mərkəzləri ilə Rusiyanın aidiyyəti
turizm müəssisələrinin əməkdaşlığı, turizm təhsili üzrə təcrübə
mübadiləsi, ikili diplom proqramlarının yaradılması kimi məsələlər
müzakirə edilib.
Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri
Polad Bülbüloğlu da iştirak edib.





























