Advertisement

Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı (FOTO)

Bakı. Trend:

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və
əməliyyat tədbirləri nəticəsində son günlərdə Sərhəd Qoşunlarının
“Lənkəran” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazisində
Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində ümumi
çəkisi 53 kiloqram 865 qram narkotik vasitənin qaçaqmalçılıq yolu
ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Trend xəbər verir ki, bu
barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.