Advertisement

Müəllimlərə sosial media hesablarında iş yerinin nüfuzunu aşağı salan səs və videolar paylaşmaq qadağan edildi

Bakı. Trend:

Müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi
müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və
videomateriallar, təsvirlər paylaşmaq qadağan edilib.

Trend xəbər verir ki, bu,
yeni təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”nda öz
əksini tapıb.

Belə ki, təhsilverən xidməti fəaliyyətindən kənar sosial
münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməli,
sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl
gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər
paylaşmamalıdır.