
Bakı. Trend:
Təhsil və peşəkar inkişafa şərait yaratmaq öhdəliyini davam
etdirən NEQSOL Holding “Parla” təqaüd proqramının iştirakçıları
üçün “ünsiyyət bacarıqları” mövzusunda zəngin təlim sessiyası
təşkil edib.
Təhsilin İnkişaf Fondu ilə əməkdaşlıq şəraitində həyata
keçirilən “Parla” proqramının məqsədi tələbə qızları dəstəkləmək və
inkişaf etdirməklə onların peşəkar karyeraya hazırlamaqdır. “Parla”
proqramına ötən il tərəflərin birgə müəyyən etdiyi meyarlar
əsasında 674 tələbə qız arasından 50 uğurlu namizəd
seçilmişdir.
Holdinqin əməkdaşı tərəfindən keçən həftə aparılan “ünsiyyət
bacarıqları” təlimi zamanı əsas diqqət ünsiyyət bacarıqlarının
yaxşılaşdırılması, o cümlədən emosional intellektin, liderliyin və
effektiv ünsiyyət üsullarının bəzi aspektlərinə yönəldilmişdir. Bu
bacarıqlar həm şəxsi, həm də peşəkar inkişaf üçün çox vacib olub
tələbələri öz karyeraları boyunca uğur qazandıracaq vasitələrlə
təmin edir.
Keçirilən təlimlə bağlı fikirlər çox müsbət olub, belə ki, tələb
qızların əksəriyyəti diqqətin yumşaq bacarıqlara yönəlməsini
alqışlayıb. “Bu sessiyada emosional intellekt və liderliklə bağlı
əldə etdiyimiz məlumat və biliklər bizə öz təhsilimizdə və peşəkar
həyatımızda məqsədlərə nail olmağa çox kömək edəcək”, tələb
qızlardan biri dedi. “Təhsil aldığımız müddətdə belə güclü dəstək
görməyimiz bizi çox həvəsləndirir”.
NEQSOL Holding tələbə qızları təqaüd, mentorluq və təcrübə keçmə
imkanları, habelə NEQSOL Akademiyası vasitəsilə beynəlxalq təhsil
resurslarına, o cümlədən “Enocta Premium Catalogue”, “Skillsoft” və
Azərbaycan Diplomatiya Akademiyasının kurslarına çıxış təmin
etməklə onların inkişafına tam yanaşma tətbiq edir. Onlayn
kurslarla yanaşı “Parla” proqramının iştirakçıları “Roof Academic
Training” ilə birlikdə artıq ingilis dili və IELTS dərslərinə
başlayıb.
Holdinq öz dəstəyini davam etmək niyyətindədir və gələcəkdə daha
çox təlim sessiyaları və ustad dərsləri keçirməklə “Parla”
proqramının iştirakçılarının karyera çətinliklərinə hazır olmasını
təmin edəcək.
NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə
telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar
sahələrində fəaliyyət göstərir.





























