Advertisement

Laçın rayonunun Sus kəndinə növbəti köç karvanı yola salınıb

Bakı. Trend:

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya,
pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 24-də
Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Trend-in
məlumatına görə, bu mərhələdə Laçın rayonunun Sus kəndinə 39 ailə,
140 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində
məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə
doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan
Şuşa şəhəri və Laçın rayon Sus kənd sakinləri hərtərəfli dövlət
qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən
şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın rayonunun Sus kəndində 59
ailənin, yəni 215 nəfərin daimi məskunlaşması təmin edilib.