Bakı. Trend:
Cari ilin 4 ayında 65 min pensiya, müavinət və təqaüd təyinatı
elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib.
Onlardan 15 mini pensiya, 50 mini müavinət və təqaüd təyinatları
olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən xəbərə görə, 2019-cu
ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin
təyinatı elektronlaşdırılıb.
Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat
növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd
təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem
üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir.





























