Bakı. Trend:
Milli Məclisin bu gün keçirilən iclasında Gender bərabərliyinin
təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının
2023-cü ildə fəaliyyəti haqqında məlumatı müzakirə olunub.
Trend xəbər verir ki, məlumatı komitənin sədri Bahar Muradova
təqdim edib.
“Gender (kişi və qadınların) bərabərliyinin təminatları
haqqında” Azərbaycan Respublikası Qanununun 20‐ci maddəsinə uyğun
olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
2023‐ cü il üzrə Məlumatı ötən il respublikamızda bu sahədə həyata
keçirilən dövlət siyasətinin əsas istiqamətləri üzrə beynəlxalq
öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri və
əvvəlki illərlə müqayisədə irəliləyişlərin dinamikasını özündə əks
etdirir.
Məlumat hazırlanarkən Azərbaycan Respublikasının 62 mərkəzi, 76
yerli icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar
Respublikasının mərkəzi qurumlarının və yerli icra hakimiyyəti
orqanlarının, bir sıra qeyri hökumət təşkilatlarının
məlumatlarından istifadə edilib.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul
edildi.





























