Advertisement

Tütün məmulatının idxalı ilə bağlı yeni şərtlər müəyyən edilir

Bakı. Trend:

Azərbaycanda tütün məmulatının idxalını həyata keçirən
sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün qeydiyyat
şərtləri müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu
gün keçirilən iclasında mazakirə edilən “Tütün və tütün məmulatı
haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, şərtlər aşağıdakı kimidir:

– Azərbaycan Respublikasının ərazisində azı 1 (bir) il olmaqla
tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi;

– Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər
üzrə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə barəsində
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli
vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;

– Vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin
həyata keçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya icarə
hüququnu təsdiq edən sənədin olması (sahibkarlıq subyektinin
fəaliyyəti təsərrüfat subyekti (obyekti) ilə bağlıdırsa).

Bu Qanunla müəyyən edilən qeydiyyat şərtləri (Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlər üzrə vaxtı
keçmiş öhdəliklərinin olmaması şərti istisna olmaqla) pozulduqda,
habelə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası
Qanununun 26.1-ci maddəsində göstərilən hallarda tütün məmulatının
idxalı fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin
qeydiyyatı ləğv edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü
oxunuşda qəbul edilib.