Advertisement

Ölkədə dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

Bakı. Trend:

Azərbaycan Respublikasının ərazisində dövriyyəsi
məhdudlaşdırılan psixotrop maddələrin siyahısına dəyişiklik
edilir.

Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan
Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş,
məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop
maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına,
ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb
olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”
qanuna edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində
dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr siyahısından
Dekstrometorfan və Buprenorfin çıxarılıb.

Dəyişikiyə əsasən, bu maddələr Azərbaycan Respublikasının
ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr sırasına
daxil edilib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda
qəbul edilib.