Advertisement

Azercell “Təhlükəsiz internet” layihəsi ilə Naxçıvanda (FOTO/VİDEO)

Bakı. Trend:

Layihə əhalinin internetdəki təhdidlər barədə məlumatlılıq
səviyyəsini artırmağa kömək edir.

Ölkənin lider mobil operatoru Azercell-in və “GİD CSR
Consulting”in tərəfdaşlığı, həmçinin Naxçıvan MR Təhsil
Nazirliyinin dəstəyi ilə Naxçıvan şəhərində “Təhlükəsiz internet”
layihəsi baş tutdu. Layihə çərçivəsində şagird və kursantlar üçün
maarifləndirici dərs keçirildi. Naxçıvan məktəbliləri onlayn təhdid
və təhlükələr barədə, həmçinin onlarla mübarizə yolları haqqında
məlumatlar əldə etdilər.

Sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin
proqramı əsasında keçirilən dərsdə iştirakçılar aşağıdakı
mövzularla tanış oldular:

• virtual tanışların yoxlanılması;

• şəxsi məlumatların sosial şəbəkələrdə istifadəsi və
qorunması;

• şəxsi məlumatların daxil edilməsini tələb edən müsabiqələrdə
iştirakdan imtina;

• şəbəkədə fırıldaqçıları və cinayətkarlarının əsas
hiylələri;

• trollinq, kiberbullinq (onlayn qısnama) və ya qeyri-münasib
onlayn davranış hallarında kimə və ya hara müraciət etmək

“Təhlükəsiz internet” layihəsi çərçivəsində dərslər “GİD CSR
Consulting”in peşəkar təlimçiləri tərəfindən aparılır. “Təhlükəsiz
internet” layihəsində 300-dən çox şagird və 100-dən çox valideynin
iştirakı nəzərdə tutulub. Qeyd edək ki, Azercell 2016-cı ildən
mütəmadi olaraq internet təhlükəsizliyi haqqında maarifləndirici
layihələr həyata keçirir. Bu illər ərzində müxtəlif yaşda olan
1500-dən çox internet istifadəçisi bu layihələrdən yararlanıb.

Layihə haqqında video material: