
Bakı. Trend:
Yeni rəqəmsal təcrübələrlə müştərilərin işini asanlaşdıran ABB
daha bir maraqlı xidməti təqdim edib.
Bank özünün partnyor şəbəkəsinə aid olan e-ticarət saytlarında
və mobil tətbiqlərdə tokenlə (Apple Pay/Google Pay) ödəniş imkanı
yaradıb. Belə ki, indi müştərilər ABB partnyorunun saytına və ya
mobil tətbiqinə daxil olduqda ödənişi elektron pulqabındakı
istənilən kartla dərhal ödəyə bilirlər. Müştərinin hər hansı kart
məlumatlarını daxil etməsinə, əlavə eyniləşdirmə üsullarına ehtiyac
qalmır.
ABB layihəni Visa ilə tərəfdaşlıq əsasında reallaşdırıb. ABB-nin
e-ticarət tərəfdaşları üçün yaratdığı bu imkan onlara məxsus sayt
və mobil tətbiqlər üzərindən daha rahat, sürətli və təhlükəsiz
ödənişləri təmin edəcək.
Partnyorlar ABB-yə müraciət edərək müştərilər üçün “Apple Pay”
və “Google Pay” ilə onlayn ödənişlərin qəbulunu aktivləşdirə
bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/
rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək
olar.





























