Advertisement

Doğma Şuşada yaşayıb-yaratmaq istəyirik – Şuşa sakini

Bakı. Trend:

Doğma Şuşamızda yaşayıb-yaratmaq istəyirik.

Bunu Trend-ə açıqlamasında Şuşa sakini Orucov Röyal deyib.

Onun sözlərinə görə, hər zaman Şuşaya qayıtmaq arzusunda
olub.

“Allah Prezidentimizi var eləsin, qazilərimizi qorusun,
şəhidlərimizə rəhmət eləsin. Biz onların sayəsində bu gün Şuşaya
qayıdırıq. Bu günə şükürlər olsun”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Şuşa şəhərinə 32 ailə – 125 nəfər
köçürülüb. Beləliklə indiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349
nəfərin daimi məskunlaşması təmin edilib.