
Bakı. Trend:
Doğulduğum, böyüyüb, boya başa çatdığım doğma Şuşaya qayıtdığım
üçün fəxr edirəm.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Mikayılova Zülfiyyə
deyib.
Onun sözlərinə görə, 16 yaşında Şuşanı tərk etmək
məcburiyyətində qalıb.
“Allah Prezidentimizə cansağlığı versin, şəhidlərimizə rəhmət
eləsin, qazilərimizi qorusun. Onlar bizə bu günü yaşadıb ki, biz öz
yurdumuza geri qayıdaq”, – deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Şuşa şəhərinə 32 ailə – 125 nəfər
köçürülüb. Beləliklə indiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349
nəfərin daimi məskunlaşması təmin edilib.





























