Advertisement

Şuşada oxuyub, kompüter mühəndisi olacağam – Şuşa sakini

Bakı. Trend:

Arzum budur ki, Şuşada təhsil alaraq kompüter mühəndisi
olum.

Bunu Trend-ə açıqlamasında Şuşa sakini Mikayılov Calal
deyib.

Onun sözlərinə görə, indi 15 yaşı var. Şuşada təhsilini davam
etdirmək, Şuşada yaşayıb yaratmaq niyyətindədir.

“Yaxınlarımın hər zaman mənə xoş xatirələr danışdığı Şuşada
yaşamağı sözlə ifadə etmək mümkün deyil. Şuşaya böyük sevgi ilə
gedirəm”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Şuşa şəhərinə 32 ailə – 125 nəfər
köçürülüb. Beləliklə indiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349
nəfərin daimi məskunlaşması təmin edilib.