Bakı. Trend:
Kür çayının sahilində çətənə bitkisi yetişdirən Neftçala rayon
sakini saxlanılıb.
Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional
qrupundan məlumat verilib.
Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsin əməkdaşları
tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Kür çayının
rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsinin sahilində
narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Fəttah
Əhmədov saxlanılıb. Əraziyə keçirilən baxış zamanı xüsusi
aqrotexniki qaydalara qulluq edilərək yetişdirilmiş 35 ədəd çətənə
kolu aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində
həbs qətimkan tədbiri seçilib.





























