Advertisement

Əsaslı təmir olunan “Alıkeyxanlı” sərhəd zastavası xidməti istifadəyə verildi

Bakı. Trend:

May ayının 24-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının
“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan
“Alıkeyxanlı” sərhəd zastavası xidməti istifadəyə verilib.

Bu barədə Trend-ə Dövlət
Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi
general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə
çatdırılıb.

Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah
rəisi general-leytenant Rəşad Sadıqov sərhəd zastavasının inzibati
binasında yaradılmış şəraitlə tanış olub, xidməti mənzillərə baxış
keçirib.

Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla
təchiz edilmiş xidməti otaqlar və yaşayış evləri şəxsi heyətin
istifadəsinə verilib.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib və şəxsi heyətlə
birlikdə əsgər yeməkxanasında nahar edilib.