Advertisement

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb – DİN

Bakı. Trend:

Mayın 24-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən
bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin
olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində
axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.