
Bakı. Trend:
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl rayon Aşıq
Şəmşir adına Uşaq Musiqi məktəbinin 70 illik yubleyinə həsr
olunumuş Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Göygöl
Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Aşıq Şəmşirin
nəvəsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirinin müavini Cavid Qurbanov, Kəlbəcər Rayon İcra
Hakimiyyətinin başçısı Azər Qocayev, Gəncə-Daşkəsən Regional
Mədəniyyət İdarəsinin sektor müdiri Nürəddin Babazadə, rəsmi
qonaqlar və rayon ictimaiyyəti iştirak ediblər.
Trend xəbər verir ki,
tədbirdə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin direktoru
Nuranə Quliyeva çıxış edərək məktəbin uğurları və nəaliyyiətləri
haqqında geniş məlumat verib. Sonra Göygöl Rayon İcra
Hakimiyyətinin başçısı Elvin Paşayev və Aşıq Şəmşirin nəvəsi Cavid
Qurbanov çıxış edərək məktəbin mədəniyyətə və incəsənətə verdiyi
tövhələrdən danışıblar. Gəncə-Daşkəsən Regional Mədəniyyət
İdarəsinin sektor müdiri Nürəddin Babazadə çıxış edərək Gəncə
Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımovun təbrikini
çatdırıb və məktəbə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə məktəbin müəllimləri, şagirdləri, məzunları və əməkdar
artistlər konsert proqramı ilə çıxış ediblər. Sonda Fəxri Fərmanlar
təqdim olunub və kollektivlə xatirə şəkili çəkdirilib.





























