Advertisement

Nardaranda çimərlik sahilinin çirklənməsinə dair görüntülərlə əlaqədar araşdırma aparılıb

Bakı. Trend:

Nardaran qəsəbəsi “Daçnik” adlanan çimərliyin sahilinin
çirklənməsi ilə bağlı sosial şəbəkələrdə yayılımış görüntülərlə
əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks
Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən yerində
araşdırma aparılıb.

Bu barədə Trend
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı
dənizin sahilində çirkab su müşahidə edilməyib, lakin mamır və
qırmızı yosun toplantısına rast gəlinib.

Xidmət rəsmisinin sözlərinə görə, fotolardakı görüntünün Xəzər
dənizinin geri çəkilməsi səbəbindən mamır və qırmızı yosunun
ərazidə toplanaraq suyun çirkab olması fonunu yaratdığı müəyyən
olunub: “Vizual olaraq ərazidə tullantı suları aşkar edilməsə də,
mütəxəssislər tərəfindən analiz olunması üçün sudan nümunə
götürülüb. Laborator analizin nəticəsi müəyyən olunduqdan sonra
tərəfimizdən əlavə məlumat veriləcək”.