Bakı. Trend:
Cəlilabadda kiberdələduzluq və bank kartlarından oğurluq
hallarına qarşı tədbirlər təşkil olunub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə
verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən ictimai iaşə obyektlərinin, ödəmə terminallarının və
bankomatların yaxınlığında vətəndaşların kibermaarifləndirilməsi
məqsədilə məlumatverici lövhələr asılıb.
Lövhələrdə kiberdələduzluqla məşğul olan şəxslərin ən çox
istifadə etdiyi üsullar barədə ətraflı məlumatlar
yerləşdirilib.
Bundan əlavə, polis əməkdaşları maarifləndirici söhbətlər zamanı
vətəndaşlara kibertəhlükəsizlik qaydaları ilə bağlı tövsiyələr
verib, bank və şəxsi məlumatların qarşı tərəfə təqdim olunmasının
yolverilməzliyini diqqətə çatdırıblar. Vətəndaşlara bu mövzuda
ayıq-sayıq olmaq, kibercinayətkarlıq halları ilə üzləşdikləri
təqdirdə polisə məlumat vermələri tövsiyə edilib.





























