
Bakı. Trend:
Mayın 26-sı saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər
verildiyi kimi mayın 25-də ölkə ərazisində güclü küləkli hava
şəraiti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki, bəzi
yerlərdə şimşək çaxıb, arabir yağıntılı olub, ayrı-ayrı yerlərdə
yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar
yağıb.
Şimal-şərq küləyi arabir Gəncədə 28-30 m/s, Göygöldə 24-28 m/s,
Tovuzda 24 m/s, Goranboyda 23 m/s, Culfada 22 m/s, Neftçala,
Ağstafa, Şəki, Şəmkir, Naftalan, Daşkəsəndə 20 m/s-dək
güclənib.
Düşən yağıntının miqdarı Lerikdə 7 mm, Tovuz, Qusarda 4 mm,
Bərdə, Ağstafa, Ceyrançöl, İsmayıllı, Yardımlı, Şəki, Ağdam,
Şahbuz, Qrız, Şabran, Ağsu, Göyçay, Şahdağ, Tərtər, Yevlax, Zərdab,
İmişli, Sabirabad, Yardımlı, Biləsuvar, Astara, Zaqatala, Balakən,
Qax, Oğuz, Qəbələ, Qobustan, Ordubad, Culfa, Gədəbəy, Şəmkir,
Gəncədə 3 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Mayın 25-i saat 16:10-16:15 radələrində Naxçıvana diametri 6 mm
olan, saat 16:40-16:45 radələrində isə Şahbuza 2 mm olan dolu
düşüb.
Sumqayıt, Daşkəsən, Qax, Balakən, Gədəbəy, Qusar, Göyçay, Lerik,
Qrız, Şahdağda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında
20-23, Naxçıvan MR-da 21-26, Aran rayonlarında 20-25, dağlıq
rayonlarda 13-18 dərəcə isti olub.





























