Bakı. Trend:
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra
şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi
Penitensiar xidmətin iki saylı Cəzaçəkmə Müəssisəsində də icra
olunub.
Trend xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam səkkiz
nəfərə şamil olunub.
İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və
Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli
Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 3 məhkuma
arayış təqdim edib.
Bununla da, onlar azadlığa buraxılıblar.
Xatırladaq ki, ümumilikdə əfv sərəncamı 154 nəfərə şamil
edilib.





























